Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-07 13:17:00
Deputat naziri dəstəklədi: “Mövzu təhsildirsə, güzəşt olmaz”

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə jurnalistin “Hər iki cəhddə sertifikasiyadan keçə bilməyən müəllimlərə güzəştlər ediləcəkmi?” sualını cavablandırıb. Nazir qeyd edib ki, təhsil sahəsində güzəşt etmək vətənə xəyanətlə eynidir.

 

 

Nazirin bu ifadəsi çoxları tərəfindən olduqca müsbət rezonans doğurub.

 

 

 

Millət vəkili Ceyhun Məmmədov da AzEdu.az - a açıqlamasında nazirin fikrini dəstəkləyib:

 

 

“Nazirin işlətdiyi bu ifadə çox yerində - yatağındadır. Hesab edirəm ki, həqiqətən də mövzu təhsildirsə, heç bir güzəştə gedilə bilməz. Amma bu yalnız sözdə deyil əməldə, real fəaliyyətdə özünü göstərməlidir. Həmçinin, güzəşt olunmayacaqsa, heç kimə olunmamalıdır. Yəni müəyyən istisnaların olması düzgün deyil. Yoxsa hər zaman cəmiyyətdə bir narazılıq olacaq. Heç kim düşünməməlidir ki, hansısa şəxs tapşırılma yolu ilə müyyən güzəştlərlə işə qəbul olunur. Bu kimi nüanslarda çox diqqətli olmaq lazımdır ki, belə fikirlər və iradlar səsləndirilməsin”.

 

 

Deputat hər nə qədər təhsil sahəsində güzəşti dəstəkləməsə də, sertifikasiya nəticəsində işdən çıxarılan bəzi müəllimlər üçün müyyən tədbirlər görülməli olduğunu söyləyib:

 

“Təkrar sertifikasiyadan minimum balı keçə bilmədiklərinə görə 743 müəllimlə müqaviləyə xitam verildi. Düzdür, onlar imtahanlara yaxşı hazırlaşmalı idilər. Lakin həmin müəllimlərin içərisində vəziyyəti olduqca ağır olanlar var. Ailə başçısını itirən, ailədə yalnız işləyən və s. Zamanında həmin şəxsləri biz işə qəbul etmişik. Kimin vəzifədə olmasından asılı olmayaraq, dövlət sözügedən müəllimləri işə qəbul edib. Təbii ki, onların müəllim savadı yoxdursa, məktəblərdə müəllim kimi işləyə bilməz. Lakin hesab edirəm ki, bu insanları taleyin ümidinə buraxmaq düzgün deyil. Sertifikasiyadan kəsilərək, əmək müqaviləsinə xitam verilən bəzi müəllimlər üçün hansısa addımlar atıla bilər”.