Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 11:04:06
Deputat müəllim adı ilə sertifikasiya imtahanına girmək istədi - Bakıda maraqlı OLAY

İyunun 20-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

 

Sertifikatlaşdırma imtahanlarının gedişi ilə yaxından tanış olmaq məqsədilə Elm və Təhsil Nazirliyinin nümayəndələri, millət vəkilləri, media qurumlarının rəhbərləri və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə imtahanların keçirildiyi Bakı şəhəri 161 nömrəli tam orta məktəbə mediatur təşkil edilib.

 

Mediatura qatılan deputat Aydın Mirzəzadə AzEdu.az-a imtahan prosesinə dair müşahidələrini və ümumi mənzərə ilə bağlı təssüratlarını bölüşdü.

 

Sertifikasiyanın əhəmiyyətindən söz açan parlamentari imtahanların müəllimləri öz üzərində işləməyə, yenilikçiliyə, auditoriyaya yeni formatlı məlumatlar çatdırmağa sövq etdiyini vurğuladı:

 

“Sertifikasiya Azərbaycanda son dövrlərdə keçirilməyə başlanılıb. Məqsəd müəllimlərin bilik səviyyəsini yoxlamaqdır. Digər tərəfdən müəllimləri öz üzərində işləməyə, yeniliyə, auditoriyaya yeni formatlı məlumatlar çatdırmağa sövq etməkdir. Qeyd edim ki, müəllimlərimiz bu sınaqdan uğurla keçirlər. Bir qayda olaraq istər sertifikasiya olsun, istərsə də Müəllimlərin İşə Qəbulu imtahanlarında onlar yaxşı nəticələr əldə edirlər”.

 


A.Mirzəzadə hesab edir ki, imtahanlar yüksək səviyyədə, texniki cəhətdən hərtərəfli təşkil olunub:

 


“Prosesdən keçənlərin hər hansı bir narahatlığı və ya onlara aydın olmayan bir məsələ yoxdur idi.
Dünən keçirilən imtahanlar ibtidai sinif müəllimləri üçün təşkil olunmuşdu. Mən orada cavan müəllimlərlə yanaşı, nisbətən orta yaşlı müəllimlər də gördüm. Onlar imtahanlara olduqca məsuliyyətli yanaşdıqları məlum olurdu. Sualları çox diqqətlə cavablandırırdılar. Bizə bildirdilər ki, sertifikasiyadan keçməyən müəllimlər 1 il müddətinə təlimlərə cəlb olunur və bu müddətdə də müəyyən sınaqlardan keçirlər. Bununla da onların əsas zəifliyi aşkar edib hansı məsələ üzərində çalışmalı olduqları aydınlaşır”. 

 


Deputat onu da qeyd edib ki, bu kimi imtahanların Azərbaycanda tətbiq edilməyi məktəblərimizə hazırlıqlı, savadlı, yenilikçi tədris metodlarına yiyələnmiş kadrlar bəxş edir:

 


“Sertifikatlaşdırma cəmiyyət tərəfindən də birmənalı qəbul edilir və elə də bir narazılıq müşahidə olunmur. Biliyi olan, hazırlıqlı, öz üzərində işləyən müəllimlər sertifikasiyanı uğurla başa vururlar.
Hər birimiz özümüz üçün bir qaydanı bilməliyik ki, hazırki dövr yüksək bilik və öz üzərində daimi olaraq işləməyi tələb edir”. 

 


Deputat Arzu Nağıyev də keçirilən imtahanların yüksək səviyyədə təşkil olunduğunu bildirib:

 


“Heç bir təzyiq, müdaxilə yox idi. Müəllimlərin bütün ehtiyacları qarşılanmışdı. Yaşana biləcək halların qarşısını almaq üçün polis əməkdaşları, fövqəladə halların əməkdaşları, tibb işçiləri və digər məsul şəxslər də imtahan binasında yerləşdirilmişdilər. İmtahan kompüterlər üzərindən təşkil olunduğu üçün hər hansı texniki problemin yaranmasına qarşı mühəndislər də cəlb olunmuşdu. Müəllimlərin imtahanı rahat şəkildə verməsi üçün hər cür şərait yaradılmışdı.


Hətta yoxlamaq məqsədilə öz şəxsiyyət vəsiqəmi verdim ki, mən də imtahana gəlmişəm. Amma qeydiyyatı təşkil edən şəxslər adımın siyahıda olmadığını və bu halda imtaha daxil olmağa icazə verilməyəcəyini bildirdilər. Hər şey detallı şəkildə təşkil olunmuşdu”.