Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-08 12:01:15
Deputat magistr, sertifikasiya və qəbul imtahanlarından yazdı: "Acınacaqlı mənzərədir"

"Dünya reytinqimdə bizim Universitetlərin heç biri TOP-100-ə düşməyib"

 

AzEdu.az xəbər verir ki, bu sözləri deputat, təhsil eksperti Etibar Əliyev deyib.

 

Bildirib ki, artıq 3 ilə yaxındır ki, ictimai maliyyə islahatları çərçivəsində pilot sektorda - təhsil, kənd təsərrüfatı və ekologiya sektorlarında büdcə xərclənmələrinin səmərəliliyini artırmaq üçün nəticəəsaslı büdcə tərtibi prosesinə keçid başlayıb.

 

"Bu il magistr olmaq istəyən bakalavrların 1670 nəfəri 0-30 bal toplayıb. İmtahahanlarda 24118 bakalavr iştirak edib.

 

Sertifikasiya imtahanında iştirak edən müəllimlərin 35 faizi 0-29 bal toplayıb. Keçid balı 30 baldır. Sertifikasiyada 38 min müəllim iştirak edib. 223 müəllim isə 0-9 bal arası nəticə göstərib. 

 

I–IV qrup üzrə qəbul imtahanlarında abituriyentlərin 42,79%-i 0-200 bal arası nəticə göstərib. Bu təxminən 31.000 abituriyent edir".

 

Deputat qeyd edib ki, “Azərbaycan Respublikasının Ali təhsil müəssisələrinin Avropa Ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında”Sərəncam imzalansada, bu mövzuda islahatlar keçirilmir:

 

 

"Böyük Britaniyanın "World University Ranking" nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet (2022-ci ildə - 16 universitet) daxil olub.

 

Türk Dövlətlərinin Qlobal reytinqdə TOP-100 siyahısına Qazaxstanın 7, Türkiyənin 11 Universiteti düşüb. Bizim Universitetlərin heç biri TOP-100-ə düşməyib. UNEC-1001-1200-cü yerləri, Neft və Sənaye Universiteti isə 1201-1400-cü yerləri tutub. 

 

Azərbaycan Prezidenti İlham Əliyev 31 yanvar 2008-ci ildə “Azərbaycan Respublikasının Ali təhsil müəssisələrinin Avropa Ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb. 15 il vaxt keçib. Bu vacib sənədin icrası normal şəkildə həyata keçirilsəydi bu cür acınacaqlı mənzərə ilə üzbəüz qalmazdıq".