Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-24 12:06:00
DİQ-in müsahibə mərhələsi üçün VACİB tövsiyələr

Oktyabrın 31-dən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək. Verilən statistikalara əsasən çox zaman test imtahanını uğurla başa vuran müəllimlərin müsahibə mərhələsindən keçə bilmədiyi aşkarlanır.

 

Direktorluğa namizəd olan şəxslər nə üçün müsahibə mərhələsini uğurla başa vura bilmir? Onların diqqət etməli olduğu məqamlar nələrdir?

 

Bu barədə AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elşən Qafarov təklif edir ki, biz idarəedicilərin yetişməsi üçün məktəblərdə müvafiq müsabiqələr keçirməliyik:

 

“Məsələnin nöqsanlı tərəfləri var. Düşünürəm ki, yeni yaranan agentlik bu məsələləri diqqətdə saxlayacaq. İlk növbədə regionlar, ümumilikdə ölkə üzrə sinif rəhbəri müsabiqəsi, fənn metodistlərin müsabiqəsi, tədris işləri üzrə direktor müavinlərinin müsabiqəsi keçirilməlidir. Eyni zamanda məktəbin idarə edilməsi üzrə tədqiqat xarakterli məqalələr üçün müsabiqələrin keçirilməli olduğunuhesab edirəm. Bir müddət pedaqoji müsabiqələr keçirildi, ancaq təssüf ki, bu proses dayandı”.

 

“Direktorlar məktəbdə fəal olan tədris işləri üzrə direktor müavinlərindən, metodistlərdən seçilsin”: Yəni iyerarxiya üzrə getməsi məqsədəuyğundur. Təcrübə də onu göstərir ki, birbaşa müəllimlikdən uğur qazanıb direktor olanlarla, bir müddət direktor müavini olaraq çalışıb direktor kimi çalışanların fəaliyyəti fərqlənir. Direktor müavinləri daha təcrübəlidir və idarəetmədə çətinlik çəkmirlər”.

 

Ekspert deyir ki, müsahibə mərhələsinə qədər Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərə ən azı 5-6 kitabın məsləhət görülməsi və həmin kitablar nazirliyin səhifəsində yerləşdirilməsi arzuolunandır:  

 

“Müəllimlər məktəbin idarəedilməsi ilə bağlı kitablar oxumalı və o kitablarla bağlı referatlar təqdim etsələr daha effektiv olardı. Qanunları öyrənib, testləri edirlər. Daha sonra isə məktəbin idarə edilməsi ilə bağlı komunikativ suallara cavab verə bilmirlər. Bir çox hallarda da qeyri-səmimi, şablon cavablar olur. Nəticə etibarilə yüksək bal toplayanlar müsabiqə mərhələsindən keçə bilmirlər. Arzu edərdim ki, direktor olmaq istəyən namizədlər məktəb işi, məktəbin idarə edilməsi ilə bağlı kitablar, məqalələr oxusunla. Həm praktiki, həm də nəzəri kitablar oxumaqları məsləhətdir”.