Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-31 14:16:00
Universitetlərin inkişaf yolları: "Ali təhsil qrantlar vasitəsilə inkişaf etdirilməlidir"

“Tədris proqramlarının günümüzün tələblərinə cavab vermədiyi reallıqdır. Hesab edirəm ki, tədris proqramları ali təhsil müəssisələrinin öz ixtiyarına verilməli, yerli və xarici bazar tələblərinə uyğun olaraq hazırlanmalıdır”.

 

Azedu.az məlumat verir ki, bu sözləri təhsil mütəxəssisi Vüsal Kərimli ali təhsil müəssisələrinin keyfiyyətli inkişafı və reytinq məsələləri ilə bağlı danışarkən qeyd edib:

 No description available.

 

“ATM maddi cəhətdən maliyyə çətinlikləri içindədir. Yalnız təhsil haqqından aslı vəziyyətdə qalıb. Bu sahədə ATM rektorları da çıxılmaz vəziyyətdədirlər. Ali təhsili qrantlar vasitəsilə inkişaf etdirmək mütləqdir”.

 

Ekspert hesab edir ki, THE WUR Ranking, QS WUR reytinqləri üzrə hədəf çox qoyulub:

 

“Burada əsas məsələ yer tutmaq olmamalı idi. Mühüm amil kimi dayanıqlı olması nəzərdə tutulmalıdır. İkinci məsələ isə ondan ibarətdir ki, hədəf təkçə THE və QS olmamlıdır. Digər reytinqlər də önəm kəsb edir. Ümumilikdə hesab edirəm ki, reytinqlər Böyük manipulyasiyadır. THE və QS şirkətlər MBD ölkələrini həvəsləndirməklə öz büdcələrini doldurmağı hədəfləyir”.

 

 

V.Kərimov ölkə üzrə ali təhsil müəssisələrində baxılmalı olan bir sıra nüansları sıralayıb:

 

  1. ATM-də infrastrukur məsələləri həll etməli;

 

  1. ATM-də xarici dildə tədris edilən proqramlar dəstəklənməli;

 

  1. ATM-də çalışan professor-müəllim heyətinin illik dərs yükü həftəlik dərs yükü ilə əvəzlənməli;

 

  1. ATM-də çalışan professor-müəllim heyətinin əmək haqqlarına yenidən baxılmalı;

 

  1. Sənaye-universitet əlaqələrinə diqqət etməli;

 

  1. Xaricdən alimlərin dəvət edilməsi üçün xüsusi qrant ayrılmalıdır.

 

"Bu siyahını uzada da bilərik…" - deyə əlavə edib.