Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-04 12:38:00
Jurnalistlər Cəlilabad və Masallıda modul tipli məktəblərlə tanış olub, müəllimləri “yoxladılar” - FOTOLAR

Bu gün Cəlilabad və Masallı rayonlarına mediatur təşkil olunub. Turun məqsədi yüksək balla yeni işə qəbul olunan müəllimlərlə görüş, eləcə də, bölgədə yeni inşa olunan modul tipli məktəblərlə tanışlıqdır.

AzEdu.az xəbər verir ki, iştirakçılar öncə Cəlilabadda yeni istifadəyə verilən Fərzili kənd ümumi orta məktəbi ilə tanış olublar. Bildirilib ki, məktəb 7 sinif və 1 müəllimlər otağından ibarətdir.

73 şagirdin oxuduğu məktəbdə 19 müəllim çalışır. Müasir avadanlıqlarla təchiz edilən məktəbdə 1 məktəbəhazırlıq qrupu, 9 sinif komplekti fəaliyyət göstərir.

Cəlilabadda ümumilikdə  5 modul məktəb istifadəyə verilib. 10 belə məktəb isə tədris ilində təhvil veriləcək.

Sonra iştirakçılar Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbdə yeni tədris ilində işə qəbul olunan müəllimlərlə görüşüblər.

Media nümayəndələrinə məlumat verilib ki, bu il müsabiqədən uğurla keçən  81 gənc müəllim rayonun təhsil müəssisələrində işə başlayıb. Onlardan 6-ı isə bu məktəbdə çalışır.

Media nümayəndələrinin növbəti görüşü isə Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbdə baş tutub. Onlar gənc müəllimlərlə görüşüb, yüksək balla işə qəbul olunanların dərs prosesini izləyiblər.