Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-22 11:48:00
Bakıya işləməyə gələn 18 yaşlı oğlan itib

Naftalanda 18 yaşlı gənc itkin düşüb.

 

AzEdu.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.Bildirilib ki, Naftalan şəhər sakini, 2006-cı il təvəllüdlü Pərviz Ələkbərov 4 ay əvvəl Bakı şəhərinə işləmək üçün gedib və son 10 gün ərzində ailəsi ondan heç bir xəbər ala bilməyib.

 

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Naftalan Şəhər Polis Şöbəsinin (022)352-31-15 şəhər və 050-664-94-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.