Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-03 16:18:00
Akademiyanın yalnız bu institutlarında adlı təqaüdlər verilir – Elmi qurumlardan “yox” cavabları

Azərbaycanda tələbələrə standart və Prezident təqaüdü ilə yanaşı, bəzən onlara müxtəlif alimlərin adını daşıyan təqaüdlər də verilir.

Bu qayda eyni ilə elm adamlarına da tətbiq olunur. Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında doktorantlar və alimlər müəyyən adlı təqaüdlər ala bilərlər.

Bəs AMEA institutlarında hansı adlı təqaüdlər mövcuddur?

AzEdu.az bununla bağlı institutlarla əlaqə saxlayıb.

Akademik Yusif Məmmədəliyev adına Neft və Kimya Prosesləri İnstitutunda Y.Məmmədəliyev adına təqaüd verilir.

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda da alimin adı ilə bağlı təqaüd mövcuddur.

Riyaziyyat və Mexanika İnstitutunda isə belə bir təqaüd yoxdur.

Fəlsəfə İnstitutunda da heç adlı təqaüd mövcud deyil.

Geologiya və Geofizika İnstitutunda bu sahədə uğur qazananlara Musa Mirzəoğlu Əliyev adına təqaüd verilir.

Coğrafiya İnstitutunda da adlı təqaüd yoxdur.

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutundan da  adlı təqaüd olmadığını bildiriblər.

Bəzi institutlardan bildirilib ki, adlı təqaüdlərin olması yaxşı haldır.