Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 10:54:00
AMEA-nın “tefal alimləri”, yoxsa "Pensiya fondu"na çevrilmiş “flaqman”? - İTTİHAM

Son illər Azərbaycan Milli Elmlər Akdemiyasının (AMEA) fəaliyyəti istər media, istərsə də xaricdəki azərbaycanlı alim cameəsinin ciddi qınaq və tənqidinə tuş gəlir.
İddialar, ittihamlar irəli sürülür ki, bu qurumda təmsil olunan elmi işçilər gündəlik plan doldurmaqla və ya ölkənin elm məbədgahına "Pensiya fondu" kimi yanaşaraq, təqaüd alıb, gününü "küləyə verməklə" məşğuldurlar. Hətta bəzən bu qurumun əməkdaşlarının ünvanına "Tefal alimləri" iddiası da ortaya atılır.

Maraqlıdır, görəsən, belə bir elm flaqmanının fəaliyyəti ilə bağlı insanların təhtəlşürunda formalaşmış məlum düşüncədə həqiqət payı varmı və nə qədərdir?

rafiq Ismayilov - YouTube

Azedu.az-ın sualını cavablandıran "Altun-kitab” nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılov da təsdiqləyib ki, AMEA-da iddia olunan kimi elmi işçilər fəaliyyət göstərirlər:


"Mən orada çalışdığım müddətdə də belə kadrlar vardı, indi də mövcuddur. Amma sözsüz ki, bunu oradakı bütün alimlərə şamil etmək olmaz. Baxın, alimlərimiz bugünkü çağdaş dövr və həyatımızla bağlı layihələr hazırlamırlar. Problemlər bununla bağlıdır. Elm sahəsindəki problemləri aradan qaldrmaq, Azərbaycan elmini dünyaya daşımaq üçün layihələr həyata keçirə bilmirlər. Yazılan dissertasiyalara fikir verin. Çox ciddi işlər kənarda qalıb, mənasız, məzmunsuz mövzular işlənib. AMEA-da elə institutlar var ki, normal çalışır, amma humanitar sahələrdə bunu görmürəm. Özümüz layihələr hazırlayıb beynəlxlaq şirkətlərə təqdim etməliyik.

İllərdir ki, dilçilik sahəsi ilə bağlı lüğət korpusunun yaradılmasını təklif edirəm. Lüğət korpusu olmadan sanballı dərslik də yazmaq olmur. Hər bir yaş qrupu üçün hansı sözlərdə istifadə edilməlidir? Nə sözlərin orfoqrafiyası, nə də izahı düzgün işlənib. Bunun üçün dilin lüğət korpusu işlənməlidir. AMEA isə hər dəfə "pul yoxdur" deyib, işini bitmiş sayır. Pul yoxdursa, bunu heç olmasa, sadə formada hazırlayıb, "yuxarıdakıları" inandırmaq olar ki, bu, vacib layihədir. Və bunsuz Aərbaycan dili, elmi inkişaf etməyəcək. Layihələri özümüz hazırlamalıyıq. Akademiyanın elmi işçiləri və rəhbərliyi ərsəyə gətirməlidir. Buna rəğmən, AMEA sovet dövründəki ənənələrindən qopmayıb, hələ də orada illik plan işlənilir. Bu işin də heç kimə, heç nəyə faydası yoxdur".