Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-25 12:33:12
DİM imtahanlar keçirib

24 iyun 2023-ci il tarixində Kembricin kağız daşıyıcılar vasitəsilə "Azyaşlı Öyrənənlər", "TKT" və kompüter vasitəsilə "A2 Key for School" və "B1 Preliminary for Schools" imtahanları keçirilib. İmtahanlarda, ümumilikdə 151 nəfər iştirak edib.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, "TKT" və "Azyaşlı Öyrənənlər" imtahanının nəticələri elektron qaydada 4 həftə sonra, "A2 Key for Schools", "B1 Key for Schools" imtahanlarının nəticələri isə 2 həftə sonra elan olunacaq. 

 

Bütün imtahan iştirakçıları 6 həftə sonra imtahan nəticələrinə əsasən Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun beynəlxalq sertifkatları ilə təmin olunacaqlar.

 

Növbəti imtahanlarla bağlı məlumatları buradan əldə edə bilərsiniz.