Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-05 10:34:00
III qrupun balları niyə düşmədi? – AKTUAL İZAH

Ali təhsil müəssisələrinə ixtisas seçimin nəticələri elan olunduqdan sonra l və ll ixtisas qrupunda balların kəskin şəkildə düşməsi, lll və lV qruplarda isə rəqabət yaranması müzakirələrə səbəb olub.

 

 

Düşünülür ki, l və ll qruplarda olan ixtisaslara (daha çox texniki, İT və biznes) maraq azaldığı üçün abituriyentlər arasında rəqabət yaranmır. Bəs bu iddialarda həqiqət payı nə qədərdir?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqalma verən təhsil eksperti Adil Vəliyev I ixtisas qrupu üzrə balların enməsinin səbəblərindən danışıb:

 

“Deməzdim ki, l və ll qruplarda balların aşağı düşməsi lll və lV qruplarda isə yuxarı qalxması keyfiyyət göstəricisidir. Bu il I qruplarda balların aşağı düşməsinin əsas səbəbi yeni qaydaların qüvvəyə minməsi oldu. Çünki riyyaziyyat və kimya fənni üzrə onsuz da abituriyentlər illərdir hazırlaşır. Bu il ilk olaraq, abituriyentlər riyaziyyat və informatika altqrupu üzrə imtahan verdilər. Təbii ki, şagirdlər üçün bu yeni idi və düşünürdülər ki, informatikadan yaxşı nəticə göstərə bilməyəcəklər. Ona görə də şagirdlərin çoxu RK altrupunda olan ixtisaslara üstünlük verdilər. Bu o demək deyil ki, İKT sahəsinə maraq azalıb. Qısaca onu deyə bilərəm ki, abituriyentlərin gözü bir qədər qorxdu”.

 

 

Ekspert vurğlayıb ki, lll ixtisas qrupuna sənəd verən abituriyentlərin çoxu riyaziyyatdan qorxduğu üçün bu qrupu seçir:

 

“Amma bir az daha riyaziyyatdan məlumatı olanlar rahat şəkildə II ixtisas qrupunun müsabiqəsində iştirak edə bilir. Çünki onlar bilirlər ki, ortalama 250 bal toplasalar, ali məktəblərə qəbul olunma şansları yüksəkdir. III qrupda vəziyyətin həmişə gərgin olmağının səbəbi burada humanitar fənlərin olmasıdır. Bu qrupda əsas nüans əzbərçilik olduğuna görə inkişafa meyillilik çox da yoxdur. Beyni düşündürən və inkişaf etdirən fənlər mövcud deyil. Əsas istiqamət oxumaq, öyrənmək və əzbərləməkdir. Ancaq digər ixtisas qrupları üçün bunu demək olmaz. I , II və IV qrupları seçənlər istər-istəməz daim biliklərini yeniləməlidir”.

 

A.Vəliyev onu da qeyd edib ki, insanlar seçdikləri ixtisasdan asılı olmayaraq, İKT sahəsində inkişaf etməyə çalışırlar:

 

“Müşahidələr onu göstərir ki, istər iş adamları, istər tələbələr, istərsə də abituriyentlər çalışırlar ki, İKT sahəsində özlərini təkminləşdirsinlər. Həm qazanc, həm də inkişaf baxımdan bu sahə bizim üçün çox vacibdir. Son illər bu sahəyə daha çox maraq artıb”.