Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 17:42:00
II və III qrupda 3 nəfər ən yüksək nəticə GÖSTƏRİB - ADLAR

Dövlət İmtahan Mərkəzi (DİM) 20 və 21 may tarixlərində keçirilmiş II və III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələrini açıqlaylb. 

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, bu imtahanda II ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 394.0 bal toplayan Şərur rayon Kürçülü kənd tam orta məktəbinin məzunu göstərib:

Cəfərli Mikayıl Kamran oğlu – 394.0 bal. Onun ümumi balı 690.7-dir.

Mikayıl imtahanın birinci mərhələsində 296.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticə (690.7 bal) də ona məxsusdur.

 

III ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) 2 nəfər – Bakı şəhər S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasıAğdaş rayon M.Şeyxzadə adına Texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın məzunları göstəriblər.

S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının məzunu Səlimova Aysel Anar qızı – 392.5 bal. Onun ümumi balı 679.3-dür.
Aysel imtahanın I mərhələsində 286.8 bal toplayıb və III ixtisas qrupu üzrə yüksək nəticə (679.3 bal) də ona məxsusdur.

 
Ağdaş rayon M.Şeyxzadə adına Texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın məzunu Əzizova Mələkxanım İlqar qızı – 392.5 bal toplayıb. Onun ümumi balı 679.2-dir.