Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-25 11:08:59
Prorektorun rəqsi GÜNDƏM OLDU – Maraqlı şərhlər + VİDEO  

23 iyun tarixində Odlar Yurdu Universitetində məzun günü keçirilib.

 

Məzun günündə universitetin prorektoru Qabil Qafarov da iştirak edib. Prorektor keçirilən şənlikdə məzunlarla rəqs edib və həmin görüntülərin videosu sosial şəbəkələrdə paylaşılıb. İctimaiyyət tərəfindən olduqca maraqla qarşılanan videoya fərqli reaksiyalar, şərhlər yazılıb. Həmin şərhlərin bir neçəsini sizinlə paylaşırıq:

 

 

Tədbirdə iştirak edən Xanigül Rəhimova şənliyin olduqca maraqlı keçdiyini düşünür:

 

 

“Çox bəyəndim. Yüksək səviyyədə keçirildi. Odlar Yurdu Universitetinə eşq olsun".

 

 

Başqa bir tədbir iştirakçısı olan Tamilla Həsənova isə fikirlərini belə ifadə edir:

 

 

"Universitetimizdə təşkil olunan məzun günü olduqca möhtəşəm keçdi. Əməyi keçən hər kəsə təşəkkür edirik. Qabil Qafarov, pozitivliyiniz tədbirimizin dahа da maraqlı, şən əhval-ruhiyyədə keçməsini təmin etdi. Universitetimizin himnində deyildiyi kimi:"Özündə birləşdirdin həm elmi, həm sevgini...".

 

 

Sözügedən videoya müsbət şərhlərlə yanaşı, fərqli baxışlar olduğunu da müşahidə etdik.

 

Sosial şəbəkə istifadəçisi Razi Cəfərli yazır:

 

 

“Maraqlıdır, hansı günlərinə oynayırlar? Sabahdan diplom əllərində ya küçələrdə, ya da bazarlarda gəzəcəklər. O zaman belə şənlik etmək olar ki , ali məktəbi qurtaranların heç olmasa 50-60 faizi öz ixtisasına uyğun işlə təmin olunacaq. Gözəl, mənalı tələbəlik illərinin qurtarıb avaraçılıq həyatına başlamağı toy- bayram etmək nə dərəcədə düzgündür?”.

 

 

 Elnur Quliyev adlı istifadəçi yazır:

"Görəsən, bu tələbələrə rəqs kimi təhsil də veriblər?".