Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-14 09:29:00
Magistratura üzrə müsabiqə şərtləri - İmtahan verən bakalavrların NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən imtahanının (2-ci cəhd) nəticələrini dünən açıqlayıb.

AzEdu.az xəbər verir ki, imtahandakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır (fənlər üzrə ayrıca minimal bal tələbləri də var).

 

Dövlət İmtahan Mərkəzi imtahan nəticəsinə qoyulan minimal tələblərdən ibarət cədvəli təqdim edib:

 

No description available.

 

Əlavə olaraq qeyd edək ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə ixtisas magistraturasının 68, 69 və 70 saylı proqramlara aid ixtisaslaşmalarına və jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarını qəbul imtahanı ilə yanaşı, qabiliyyət imtahanını da uğurla vermiş bakalavrlar seçə bilərlər.

 

Tədrisi ingilis ( alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın qəbul imtahanında ingilis ( alman) dilindən topladığı bal 20- dən, ödənişli yerlərini seçmək üçün isə- 15- dan az olmamalıdır.