Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-13 17:02:14
Magistratura imtahanında 2 nəfərin nəticəsi ləğv olunub

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına iyunun 11 də keçirilmiş qəbul imtahanının (II cəhd) nəticələrini elan edib.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirlib ki, İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 17705 bakalavrdan 408 nəfəri imtahana gəlməyib.

 

"İmtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticələri ləğv olunub"- deyə DİM-dən bildirilib.