Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-13 10:51:00
Dövlət bağçalarında ödənişli qrupların yaradılmasına rəsmi REAKSİYA

Bəzi valideynlər sosial şəbəkə hesablarında qeyd edirlər ki, övladlarını qoyduqları dövlət bağçalarında ödənişli məktəbəqədər qruplar yaradılıb. Onların sözlərinə görə, bu qruplar “könüllülük” əsasında fəaliyyət göstərir. Bunun qarşılığında isə 50 manat ödəniş tələb edilir.
Valideynlər dövlət tabeliyində olan bağçaların ödənişsiz olduğu halda, belə qruplar yaradıb ödəniş tələb etməsindən şikayətçidirlər.

 

Dövlət tabeliyində olan bağçalarda bu kimi qrupların yaradılması nə dərəcədə qanunamüvafiqdir?

 

Elm və Təhsil Nazirliyindən mövzu ilə bağlı AzEdu.az-a açıqlama verilib:

 

“Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər müəssisələr üçün ödəniş tələb olunmur. Ödəniş tələb edildiyi halda müraciətinizi portal.edu.az platfromasına göndərməyiniz tövsiyə olunur”.

 

Yuxarıdakı məlumata əsasən, Elm və Təhsil Nazirliyi belə halların qanunazidd olduğunu və bu kimi vəziyyətlə qarşılaşan valideynlərin müvafiq olaraq şikayətlərini bildirmələrini tövsiyə edir.