Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-11 14:36:00
200-dən çox bağçada monitorinqlər keçirilib

Sentyabrın 11-də Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.

 

 

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva konfransda məktəbəqədər təhsillə bağlı görülən işləri iştirakçılarla bölüşüb.  

 No description available.

Onun sözlərinə görə, Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssiələrində cəmi 3001 nəfər olmaqla peşəkarlıq səviyyəsi artırılmış 248 rəhbər, 2703 tərbiyəçi müəllim, 50 metodist fəaliyyət göstərir:

 

“Bağçalarda sağlam qidalanmanın təmin olunması məqsədilə fəaliyyət göstərən 101 müəssisədə hazır qida istifadə olunur.

 

Öyrənmə mühitinin yaxşılaşdırılması üçün müxtəlif fəaliyyət istiqamətli 11 müəssisə mövcuddur.

 

Bütün bunlarla bərabər nəzarət tədbirləri də diqqətdən kənarda qalmayıb. 226 müəssisədə kompleks monitorinqlər keçirilib”.