Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-02 14:39:00
Bağçalarda bu müəllimlərin maaşı bərpa edilib - RƏSMİ

Məktəbəqədər təhsil müəssisələrinin ali təhsili qeyri-ixtisas olan tərbiyəçi-müəllimlərinin ödəniş dərəcələrinin azalması ilə əlaqədar müraciətlərinə baxılıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a verilən məlumata əsasən, daxil olmuş müraciətlər araşdırılaraq həmin tərbiyəçilərin əmək haqqının ödəniş dərəcəsi bərpa edilib və onlar əvvəlki qaydada əmək haqqı almaqda davam edirlər.

 

"Bununla yanaşı, növbəti mərhələdə müvafiq tərbiyəçi-müəllimlərin əməyinin ödəniş dərəcəsinin “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın, əmək qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur"- deyə idarədən bildirilib.