Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 11:18:24
Bağçaya qəbulda yaranan suallarla bağlı hara müraciət etməli...

İyulun  25-dən uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbuluna start verilir. Valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər. Ancaq bəzən valideynlərin bağçaya qəbul zaman bir sıra məsələlərlə bağlı sualları yaranır.

 

Məktəbəqədər təhsil müəssisələrinə qəbulla əlaqədar sual yarandıqda hara müraciət etmək olar?

 

AzEdu.az xəbər verir ki, sual (məlumat) xarakterli müraciətləri Elm və Təhsil Nazirliyinin rəsmi “WhatsApp” (+994 51 206 78 48) xidmətinə yazmaqla cavab əldə edə bilərlər.  

 

Bundan başqa Bakı şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələri ilə bağlı 146 – 1, ümumi qeydiyyat məsələləri ilə bağlı 146 – 6 Çağrı Mərkəzinə zəng edilə bilər. Əlavə olaarq aşağıdakı yollara müraciət etmələri məsləhət görülür:

 

-bq.edu.az portalının “Əlaqə” bölməsinə müraciət etməklə;

 

-portal.edu.az platformasında qeydiyyatdan keçərək “Vətəndaş müraciətləri” bölməsindən Elm və Təhsil Nazirliyi və tabe qurumlara elektron (yazılı) müraciətlər (təklif, ərizə, şikayət) göndərməklə;

 

-Elm və Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə (Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi 5) yaxınlaşmaqla;

 

-Elektron ərizənin qeydiyyatı ilə əlaqədar təhsil idarələrinə yaxınlaşmaqla;

 

-Qeyd olunan “ASAN xidmət” mərkəzlərinə yaxınlaşmaqla:

 

 5 saylı Bakı “ASAN xidmət” mərkəzi;

 

 6 saylı Bakı “ASAN xidmət” mərkəzi;

 

 7 saylı Bakı “ASAN xidmət" mərkəzi;

 

 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi;

 

 1 saylı Gəncə regional "ASAN xidmət" mərkəzi;

 

 İmişli "ASAN xidmət" mərkəzi; o Mingəçevir "ASAN xidmət" mərkəzi;

 

 Masallı "ASAN xidmət" mərkəzi;

 

 Şəki "ASAN xidmət" mərkəzi;

 

 Tovuz "ASAN xidmət" mərkəzi;

 

 Şamaxı "ASAN xidmət" mərkəzi;

 

 Salyan "ASAN xidmət" mərkəzi;

 

 Bərdə "ASAN xidmət" mərkəzi;

 

 Sabirabad "ASAN xidmət" mərkəzi;

 

 Quba "ASAN xidmət" mərkəzi.