Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-10 11:18:00
Covid -19-dan sağalanlar oxusun: beyin qansızması... – Elmi dərgidən SOS  

230 mindən çox insanı əhatə edən Britaniya araşdırması Covid-19-a yoluxub, sağalmış xəstələr üzərində tibbi yoxlamalar aparıb.

AzEdu.az-ın  Fransanın “Sciencesetavenir”(elmlər və gələcək) saytına istinadən xəbərinə görə, nəticədə məlum olub ki, sağalanların 34 faizinə infeksiyanın altı ay ərzində nevroloji və ya psixiatrik xəstəlik diaqnozu qoyulub.

 

 “The Lancet Psychiatry”jurnalının  tədqiqatçılarının müşahidə etdiyi bu pozğunluqlar narahatlıqdan tutmuş demensiyaya qədər uzanır , çünki xəstəlik ciddi olduğu üçün risklər əhəmiyyətlid şəkildə artır.

 

Aparıcı müəllif Pol Harrison məqalədə qeyd edir ki, Covid-19-dan sağalan xəstələrin 34 faizinə infeksiyadan sonrakı altı ay ərzində nevroloji və ya psixiatrik xəstəlik, 17 faizə özünəqapanma,14 faizinə əhval pozğunluğu, 7 faizinə maddədən asılılıq, 5 faizinə yuxusuzluq, 0,6 faizinə beyin qazsızması, 2.1 faizinə insult, 0,7 faizinə demans diaqnozları qoyulub”.