Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 11:52:00
Yeni məktəbli formasının dizaynı və qiyməti belə olacaq - FOTOLAR

Növbəti tədris ilindən - sentyabrın 15-dən orta məktəblərdə yeni məktəbli formasının tətbiqi gerçəkləşəcək.


Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib ki, məktəblərə bununla bağlı təlimat verilib.


Ölkə üzrə yeni məktəbli formasına dair qaydalar hələ keçən ilin martında Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərarda əks olunub.


“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında" Qərara əsasən, orta məktəblər üçün yeni geyim formaları təsdiq edilib.

 

Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov AzEdu.az-a bildirib ki, sözügedən qərar ötən tədris ilinin sonlarında qəbul olunduğuna görə yalnız aşağı sinif şagirdlərinin forması dəyişdi.

 

“Bu ilin sentyabr ayından etibar isə bütün siniflər üzrə məktəbli formaları dəyişiləcək”- deyə o, qeyd edib.

 

 

Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub.

 

 

Oğlanlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir.

 

Qızlar üçün ətək - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir.

 

Qızlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, 4 poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir.

 

Qısaqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir.

 

Uzunqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir.

 

Önü bağlanılan cibli jaket - rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.

 

BTE-nin rəsmisi bildirib ki, həm qış, həm də yay köynəklərinin qiyməti 15 manatdır. Şalvar və ətəklər isə 25 manatdır.

 

Təhsilalanların geyimi aşağıdakı qış və yay formalarından ibarətdir (rənglər dəyişə bilər):

 

Qızlar üçün:

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

Açıklama yok.

Oğlanlar üçün:

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.