Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-22 12:14:00
Yeni ali təhsil sistemi 2025-ci ildən tətbiq olunacaq

Rusiyanın təhsil və elm naziri Valeri Falkov bildirib ki, yeni ali təhsil sisteminə keçid 2025-ci il sentyabrın 1-dən planlaşdırılır.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya KİV-lərində məlumat yayılıb.

Yeni sistemdə üçpilləli təhsil sisteminin xeyrinə olaraq bakalavr və magistratura proqramlarından imtina etmək nəzərdə tutulur:
1) baza ali təhsil
2) ixtisaslaşdırılmış ali təhsil (magistratura)
3) aspirantura.

Eyni zamanda, Falkovun dediyinə görə, magistratura bəzi universitetlərdə mövcud olacaq.

Dəyişikliklər praktiki olaraq universitetlərə qəbul qaydalarına təsir etməyəcək, qəbul imtahanı da dəyişməz qalacaq. Nazir vurğulayıb ki, magistraturaya daxil olmaq istəyənləri bir sıra yeniliklər gözləyir.

2023/2024-cü illərdə isə Rusiya Federasiyasının altı universitetində yeni sistemə keçid üzrə pilot layihəyə start veriləcək.