Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-14 09:54:00
İmtahanda yüksək nəticə göstərən gəncəli şagird 

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 9 və 16 aprel tarixlərində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb.

 

16 aprel tarixli buraxılış imtahanından yüksək nəticə göstərən şagirdlərdən biri də Rüstəmov Cəmşid Əliağa oğludur.

 

AzEdu.az xəbər verir ki, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin şagirdi buraxılış imtahanından 298 bal toplayıb.

 

Cəmşid Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında ingilis dili üzrə 98 bal, ana dili üzrə 100 bal, riyaziyyat üzrə 100 bal olmaqla ümumilikdə 298 bal toplayıb.