Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-14 16:06:00
DİM-dən 12 mart tarixli imtahanlarla bağlı AÇIQLAMA

“Dövlət İmtahan Mərkəzi tərəfindən 12 mart 2023-cü il tarixində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri bu həftə elan olunmayacaq”.

 

Bunu AzEdu.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə deyib.

 

O bildirib ki, 12 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin növbəti həftə ərzində elan olunması nəzərdə tutulub.

Xatırladaq ki, martın 12-dəki buraxılış imtahanları Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə, hərbi liseylərdə təhsil alan şagirdlər üçün keçirilib. 

Həmin tarixdə Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib.


Ümumilikdə bu imtahanlarda da 51 minə yaxın 11-ci sinif şagirdi iştirak edib.