Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 12:08:00
Məleykə Abbaszadə DİM-ə göstərilən təzyiqlərdən DANIŞDI

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-ə göstərilən xarici təzyiqlərdən danışıb.

 

AzEdu.az-ın məlumatına görə, M.Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bu haqda belə deyib.

 

“Bizim ətrafımızda kurs rəhbərləri var. Onlar istəyirlər ki, məşğələ keçdikləri tələbələri yüksək nəticə göstərsin. Bizdə olan mətnləri əldə edib tədris edirlər. Çalışırlar ki, imtahan sualları və mətnlərlə bağlı hansısa problem yaranarsa, günahı bizim üstümüzə atsınlar”.

DİM sədri qeyd edib ki, kurs rəhbərləri bu taktikalarla daha çox abituriyent cəlb etməyə çalışırlar. 


"Biz buraxılış imtahanlarından sonra kitabçaları abituriyentlərə vermirik. Amma gizlicə sualların çəkilməsi və daha sonra müzakirələr aparılmasının hüquqi baxımdan nə dərəcədə doğru olub-olmaması da qiymətləndirilməlidir".


O bildirib ki, Dövlət İmtahan Mərkəzinə irad bildirənlərin özlərinin nə ilə məşğul olduqlarına baxmaq lazımdır:

"Bu sualları və mətnləri gizlincə çıxaranlar özlərini düzmü aparırlar?! Bununla həm müəllimlərini, həm də valideynlərini stress vəziyyətinə salırlar. Mən abituriyentlərin müraciətinə də baxmışam. Kimlərsə öyrədilib, kimlərsə özü gəlmişdi".