Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-22 14:00:00
Regionlar üzrə ən çox bal toplayanlar - Dağlıq Şirvan bölgəsinin ABİTURİYENTLƏRİ

Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.

 

Hər iki imtahanın nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin sayını və adlarını açıqlayıb. Onların hamısı Bakı məktəblərinin şagirdləridir. 

 

Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?

 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.

 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 

Artıq bir neçə Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan abituriyentlərin adını sizə təqdim etmişik.

 

Bu yazıda isə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin əhatə etdiyi İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonları üzrə ən yüksək bal toplayan abituriyentlərin adlarını diqqətinizə çatdırırıq.  

Dağlıq Şirvan Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, həmin idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan XI sinif şagirdlərinin buraxılış imtahanında göstərdiyi nəticələrə əsasən, 140 nəfər şagird (İsmayıllı-69, Şamaxı-36, Ağsu-22, Qobustan-13) 200-dən artıq bal toplayıb.

 

Region üzrə ən yüksək nəticəni Şamaxı Avropa liseyinin şagirdi Əsgərova Nərgiz Rövşən qızıdır.  

Açıklama yok.

Nərgiz Əsgərova buraxılış imtahanında 286 bal yığaraq, Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 1-cilik qazanıb.


***

Aşağıda Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə buraxılış imtahanlarından ən çox bal toplayan digər 4 abituriyenti də təqdim edirik:

 

 

Açıklama yok.

Rəcəbova Aysu Yusif qızı - Qobustan rayon Təklə kənd tam orta məktəbinin şagirdi - 285 bal


***

 

Açıklama yok.

Ehtibarova Gülbikə Səfa qızı - Şamaxı rayon Nağaraxana kənd tam orta məktəbinin şagirdi - 284 bal

***

 

Açıklama yok.

Cavadova Nəzrin Zaur qızı - Qobustan şəhər 3 saylı tam orta məktəbin şagirdi - 282 bal


***

 

Açıklama yok.

 Əliqulu Əli İkram oğlu - İsmayıllı şəhər 1 saylı tam orta məktəbin şagirdi - 281 bal