Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 14:11:00
Xarici ölkələrdə buraxılış və qəbul imtahanları - 4 NÜMUNƏ

Azərbaycanda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarının formatı demək olar ki, çox insana məlumdur.

 

Bəs bu proses xarici ölkələrdə hansı formada aparılır? Digər ölkələrdə buraxılış və qəbul imtahanlarını abituriyentlər necə verirlər?

 

AzEdu.az xəbər verir ki, sözügedən mövzu ilə bağlı deputat Etibar Əliyev 4 xarici ölkəni nümunə olaraq göstərib:

 

FİNLANDİYA

Bu ölkənin məzunları Ali məktəblərə daxil olmaq üçün Ümummili imtahan verməlidir. Şagirdlərin fin dilindən, isveç dilindən, İngilis dilindən, riyaziyyatdan və təbiət elmlərindən bilikləri yoxlanılır. İmtahanlar ödənişlidir. Və ildə 2 dəfə yazda və payızda Rəqəmsal formatda keçirilir. Buna görə də ali məktəblər Ümummili imtahanların nəticələrini nəzərə alaraq qəbul imtahanlarını müstəqil şəkildə həyata keçirirlər.

 

ALMANİYA

Ali məktəbə daxil olmaq üçün Abitur - kamal attestatı lazımdır. Gimnaziyanı bitirdikdən sonra qəbul imtahanlarının verilməsı tələb olunur. Bunların biri mütləq şifahi formada olmalıdır. Bu fənlərin qiymətləri ilə şagirdin gimnaziyada son iki ildə təhsil aldığı dövrdə keçdiyi fənlərin qiymətlərilə toplanır. Və Abitur -kamal Atessataında əksini tapır.

 

CƏNUBİ KOREYA

Ali məktəbə daxil olmaq üçün abituriyent bütün fənləri özündə birləşdirən"Sunın" imtahanını verməlidir. Bura daxildir: koreya dili, riyaziyyat, ingilis dili və Ali məktəbdən tələb olinan seçmə vənlər. İmtahanlar ildə bir dəfə, bir gün ərzində (səhərdən axşama kimi) keçirilir. İmtahanlara 1 ay qalmış tapşırıqları hazırlayanlar bir məkana toplaşırlar. Həmin məkanda internet və digər əlaqə vasitələri söndürülür. İmtahana gecikmək qəti qadağandır və tıxac olmaması üçün iş yerləri imtahanın keçirildiyi vaxtdan 1 saat sonra açılır.

 

ÇİN

Çin buraxılış imtahanı "Qaokau" adlanır. Məktəbdə Şagirdlər axırıncı ildə yalnız imtahanlara hazırlaşırlar. Fənlər bunlardır: Çin ədəbiyyatı, riyaziyyat, xarici dillər. Şagird bilikləri 2-3 gün ərzində yoxlanılır. Məsələn, günortaya qədər çin dili, günortadan sonra isə riyaziyyat yoxlanılır. Ali məktəblərə yalnız "Qaokau"nun nəticələri əsasında qəbul aparılır. Lakin Universitet seçimi kor-koranədir. Səbəb: məzun əvvəlcədən özünün topladığı balı bilmir.