Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-16 16:05:00
“Universitetlərimiz gəncləri keyfiyyətli təhsildən məhrum edirlər”-Mütəxəssis

 

“Azərbaycan universitetləri nə yerli, nə də əcnəbi tələbələrin maraqlarına cavab vermir”.

 

Ali təhsil üçün xarici universitetlərə üstünlük verən gənclərimizin sayı getdikcə artır. Hazırda xaricdə təhsil almaq demək olar ki, hər kəsin arzusudur.

 

Xüsusilə son zamanlar universitetlərə qəbul prosesində yüksək nəticə göstərən abituriyentlərin yerli ali təhsil müəssisələrini seçməməsi ciddi müzakirə olunur.

 

Bəs burada əsas səbəblər nələrdir?

 

Xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev AzEdu.az-a açıqlamasında yüksək bal toplayan abituriyentlərin seçim zamanı xarici ali təhsil müəssisələrinə üstünlük verməsinin səbəblərindən danışıb:

 

“Azərbaycanda maksimum bal toplayan gəncin Türkiyədə təhsil almaq istəməsi normaldır və məntiqlidir. Bu onu göstərir ki, şagirdin özü də, valideynləri də daha sağlam düşüncəlidirlər. 700 bal toplayan bir tələbə tibb üzrə təhsil almaq istəyirsə, Azərbaycan Tibb Universitetini seçmək ona nə qazandıracaq, yəni hansı dərəcəyə kimi yüksələ bilər? Hazırda çoxumuz Türkiyədə, yaxud digər xarici ölkələrdə təhsil alan həkimlərə müraciət etməyə üstünlük veririk. Türkiyədə təhsil almaq tələbəyə beynəlxalq mübadilə proqramında iştirak etmək imkanı verəcək. Həmçinin orada nüfuzlu xəstəxanalarda çalışmasına şərait yaradacaq.Azərbaycan Respublikasının sığorta haqqında yeni qanunu təsdiqlənərkən də xaricdə təhsil almış gənclərə, həkimlərə daha çox üstünlük veriləcəyi qeyd edilir. Nəticə olaraq bir tələbənin Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən birini deyil, Azərbaycan Tibb Universitetini seçməsinin heç bir mənası yoxdur”.

 

Attestatla tibb tehsili leqaldırmı?

 

Mütəxəssis yerli universitetlərdə təhsilin keyfiyyətilə bağlı ciddi problemlərin olduğunu vurğulayıb:

 

“Universitetlərimiz nə yerli, nə də əcnəbi tələbələrin maraqlarına cavab vermir. Sadəcə müəyyən tədbirlərdə vacib hədəflərlə və görülən işlərlə bağlı çıxış edilir, amma ortada heç nə yoxdur. Bu həmin ali təhsil müəssisələrinin keyfiyyətli təhsil verməsi demək deyil. Universitetlərimiz gəncləri keyfiyyətli təhsildən məhrum edirlər. Gənclərin xaricdə təhsil almasının ölkəmizə daha çox xeyri olacaq”.