Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 09:49:00
Lisey və gimnaziyalara qəbul QAYDALARI

Bildiyimiz kimi, lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib. 

 

AzEdu.az Elm və Təhsil Nazirliyinə istinadən lisey və gimnaziyalara qəbul qaydalarını təqdim edir:

 

Lisey və gimnaziyaların istiqamətlərindən asılı olmayaraq qəbul sadəcə tədris dili və riyaziyyat olmaqla iki fənn üzrə aparılacaq;

 

Tədris dili üzrə tapşırıqlar oxuyub-anlama bacarıqları və dil qaydalarına dair biliklərin ölçülməsi istiqamətində, riyaziyyat fənni üzrə tapşırıqlar isə müvafiq siniflər üzrə riyazi bilik və bacarıqların, eyni zamanda şagirdlərdə riyazi təfəkkürün ölçülməsi istiqamətində hazırlanacaq;

 

Lisey və gimnaziyalara qəbul prosesi təyinat və istiqamətindən asılı olaraq V-VIII siniflər üzrə aparılacaq;

 

Lisey və gimnaziyalara mərkəzləşmiş qəbul imtahanı üçün qeydiyyat şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsilə (sy.edu.az) aprel-may aylarında, imtahan isə iyun ayında təşkil ediləcək.