Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-19 09:39:00
Bakı Ali Neft Məktəbində imtahanlar belə keçirilir - AÇIQLAMA

Ölkəmizin ali təhsil müəssələrinin hər birində fərqli modellər ilə qış və yay imtahan sessiyaları təşkil olunur.

 

Ötən yazımızda bir neçə universitetin imtahan sessiyalarının təşkili ilə sizi tanış etmişdik.

 

AzEdu.az-ın budəfəki sorğusunda Bakı Ali Nef Məktəbi (BANM) iştirak edib.

 

 

Universitetin Keyfiyyətin təminatı şöbəsinin rəisi Güldənə Hidayətli bildirib ki, Bakı Ali Neft Məktəbində 2 həftəlik tədris proqramı mövcuddur.

 

 

“12 həftənin sonunda tələbələrə imtahanlara hazırlaşmaq üçün 2 həftə vaxt verilir. Sonra imtahan sessiyası başlayır. İmtahanlar hamısı yazılı formada keçirilir. Azərbaycan dili və Nitq mədəniyyəti fənni üzrə imtahan istisnadır. Bu iki fənnin imtahanı yazılı və şifahi hissədən ibarətdir. Yazılı imtahanlar test formasında deyil. Heç bir fənn üzrə tələbələrə öncədən suallar verilmir. Çünki tədrisdə və təhsil verməkdə əsas məqsəd biliklərə yiyələnməkdir”- deyə o, fikrini tamamlayıb.