Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 10:58:10
Şagirdlərimiz Avropa Olimpiadasında qələbə qazanıb

13-19 aprel 2023-cü il tarixlərində Sloveniyanın Portoroz şəhərində 12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) təşkil edilib. 57 ölkədən 213 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.

 

AzEdu.az xəbər verir ki, məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 1 bürünc medal və 2 “Həvəsləndirici Mükafat” qazanıblar. Belə ki, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fidan Qarayeva qızıl medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Sevinc Mahmudova bürünc medala, həmin liseyin XI sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı isə “Həvəsləndirici Mükafat” sertifikatına layiq görülüblər.

 

Fidan Qarayeva mümkün 42 balı toplamaqla yarışda ən yüksək nəticə göstərən 14 iştirakçıdan biri olub.