Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-12 12:25:00
Qərbi Kaspi Universitetsitetinin ikili diplom proqramları...

Ölkə xaricində təhsil almaq istəyən tələbələrin əksəriyyətini maraqlandıran mövzulatrdan biri də ikili diplomlardır.

Azərbaycan universitetlərində hansı ikili diplom proqramları mövcuddur?

 

Layihəmizdə haqqında danışacağımız növbəti ali təhsil ocağı Qərbi Kaspi Universitetidir.

 

Qərbi Kaspi Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov mövzu ilə bağlı AzEdu.az-a bəzi məlumatlar verib:

 

O bildirib ki, universitetin xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır:

 

“Hazırda Erasmus+ və Mövlanə mübadilə layihələri çərçivəsində tələbələrimiz bir çox xarici ölkələrin aparıcı universitetlərində təhsil ala bilərlər.

 

Qərbi Kaspi Universiteti ABŞ-ın University of Business, Innovation and Sustainability, Washington, DC Universiteti ilə MBA dərəcəsi təhsili üzrə ikili diplom layihələrini həyata keçirir. Universitetimiz irqindən, cinsindən, dilindən, milliyyətindən və dinindən asılı olmayaraq, dünyanın hər bir yerindən tələbələri qəbul edir. 

UBİS Universitetinə qəbul həm də ikili diplom proqramı üzrə aparılır. Məzunlar həm UBİS-in, həm də Qərbi Kaspi Universitetinin diplomlarını əldə edirlər”.