Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-09 19:20:00
Şagirdlərdən çox valideynlər həyəcanlı idi - İmtahandan REPORTAJ

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 9-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirdi.

İmtahanlar Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında təşkil olunmuşdu. 
 

İmtahanda 47 mindən çox şagird iştirak edib.

 

AzEdu.az saytının əməkdaşı olaraq biz də bugünkü imtahanda DİM-in icazəsilə müşahidəçi qismində iştirak etdik. 

 

DİM-dən keçdiyimiz akkreditasiyaya uyğun olaraq Bakı şəhəri Samir Hacıyev adına 5 saylı tam orta məktəbdə olduq.

 

Qeyd edək ki, imtahana gələn şagirdlərin üst-başı ciddi şəkildə yoxlanılırdı. Oğlan şagirdləri DİM tərəfindən imtahana cəlb edilən kişi nəzarətçilər, qız şagirdləri isə xüsusi kabində qadın nəzarətçilər yoxlayıb içəri buraxırdılar.

 

İmtahana gələn şagirdlərdə bir o qədər də həyəcan və stress hiss olunmurdu. Aralarından bir nəfər şəxsiyyət vəsiqəsini evdə unutmuşdu, nəzarətçilər hələ vaxtın olduğunu bildirdikdən sonra həmin qız dərhal evə qayıdıb sənədini götürüb gəldi.

 

Saat 11:00 olan kimi imtahan rəhbəri İlqar Orucovdan son məlumatları aldıq. O bildirdi ki, hər şey öz qaydasındadır:

 

"Bu binada 252 imtahan iştirakçısının olması nəzərdə tutulmuşdu. Qeydiyyatdan keçənlərdən 132 nəfəri oğlan, 115-i qızdır. İmtahana sadəcə bir nəfər qız gəlmədi. Yoxlanış zamanı şagirdlərin üzərlərindən qeyri-qanuni heç bir şey aşkarlanmayıb. İmtahan vaxtında başladı, hər şey qaydasındadır".

 

Açıklama yok.

 

İmtahan yerinə təcili tibbi yardım briqadası da cəlb olunmuşdu. Xoşbəxtlikdən imtahanın sonuna kimi onların müdaxiləsinə ehtiyac duyulmadı...

 

Şagirdlərdən fərqli olaraq imtahana gələn valideynlər həyəcan içində idilər. Müsahiblərimizin əksəriyyəti övladının yaxşı hazırlaşdığını və yüksək nəticə gözlədiyini bildirdi.

 

Qeys Qurbanov adlı valideyn övladının yaxşı hazırlaşmadığını, lakin çox savadlı olduğu üçün problem yaşamayacığını söylədi:

 

"Övladım türk məktəbində təhsil alır. Son anda qərara aldı ki, imtahan versin. Ona görə də xüsusi olaraq hazırlaşmamışdı. Özü savadlı uşaqdı, nəticəni yaxşı gözləyirəm. Kompüter elmləri üzrə təhsil almaq istəyir. Səlcuq Bayraktar Bakıya gələndə övladım sərgidə iştirak etmişdi".

 

Açıklama yok.

 

Qızının çox nailiyyət qazandığını vurğulayan valideyn Təranə Qocayeva bu imtahanda da ümidlərini doğruldacağına inandığını dedi:

 

"Övladım yaxşı hazırlaşırdı, ümidlərim də çox böyükdür, yüksək bal gözləyirəm. Qızım - Xalidə Qocayeva hazırda musiqi ilə məşğuldur, fortepiano üzrə böyük nailiyyətləri var. Beynəlxalq müsabiqələr laureatıdır, filarmoniya konsertlərinə hazırlaşır, növbəti həftə üçüncü gün Heydər Əliyev adına festivalda iştirak edəcək. 11-ci sinfə qədər musiqi təhsilini davam etdirəcək. Ali təhsil üçün isə III qrupu seçib, hüquqşünas olmaq istəyir. 9-cu sinif buraxılış imtahanına repetitorla hazırlaşıb, çox güman ki, növbəti imtahanlarda da müəllimlə hazırlaşacaq".

 

Açıklama yok.

 

Müşfiq Həsənov adlı digər valideyn də övladından yaxşı nəticə gözlədiyini bildirdi:

 

"Heç də pis hazırlaşıb deməzdim. Gözləntilərim çox yüksək olmasa da, yaxşı nəticəyə ümid edirəm. II qrup üzrə hazırlaşır, ümid edirəm, məqsədinə nail ola biləcək".

 

Açıklama yok.

 

Şəklinin çəkilməsini istəməyən valideynlərdən Pərvanə Şərifova, Nabat Əkbərova 11-ci siniflərin buraxılış imtahanlarında problemli sualların olduğunu deyərək, 9-cuların belə problem yaşamayacağına ümid etdiyini söylədi.

 

Leyla Əliyeva və Günay Rüstəmova da iddia etdilər ki, 11-ci siniflərin buraxılış imtahanında suallar müəllimlərin metodiki vəsaitindən düşüb: "Yəqin ki, bizim uşaqlar belə halla qarşılaşmazlar"

 

Söhbətləşdiyimiz valideynlər əsasən ruh yüksəkliyi nümayiş etdirsə də, bəziləri 5, 12 martda DİM tərəfindən keçirilən XI sinif buraxılış imtahanından sonra sualların çətin olacağından narahat idi.

 

Nəhayət imtahan vaxtı da başa çatdı...

 

Binadan çıxan şagirdlərin bəziləri imtahan vaxtının kifayət etmədiyini iddia edirdi. Bir çoxunun çöhrəsindən həyəcan hiss olunurdu. Əksəriyyəti bizimlə danışmağa utandığını deyərək, müsahibə verməkdən imtina edirdi, danışanlar arasında isə həyəcandan suallarımızı cavablandırmağa çətinlik çəkənlər var idi.  

 

Şagird Alisa Babacanova imtahan sualları arasında sadəcə Azərbaycan dilindən mətndə çətinlik çəkdiyini bildirdi:

 

"İmtahan yaxşı keçdi, suallar çətin deyildi. Nisbətən Azərbaycan dilinin publisistik üslubda olan mətni qəliz idi. Bütün sualları cavablandırmışam. Kodlaşdırılmada göstərilən qaydaya uyğun olaraq, öncə ingilis dilindən başladım, sonra Azərbaycan dilinə keçdim, riyaziyyat isə mənə çətin gəldiyi üçün sona saxlamışdım".

 

Açıklama yok.Tamerlan Abdullayev adlı şagirdin fikrincə, suallar yaxşı oxuyan hər bir uşağın yaza biləcəyi səviyyədə idi:


"Ümumilikdə, suallar normal idi. Problemli bir sual yox idi, hamısını yazdım. Məncə, oxuyan uşağın yaza biləcəyi səviyyədə tərtib olunmuşdu. Ümumilikdə, riyaziyyat və Azərbaycan dilində nisbətən çətinlik var idi. Ötən ilin riyaziyyat suallarına baxanda bugünkü imtahanın asan olduğunu düşünürəm".

 

Açıklama yok.

 

 

Zərqələm Usubova adlı şagirdə görə, ən çətin suallar riyaziyyat fənnindən olub:

 

"Suallar məktəbdə keçdiyimiz mövzular əsasında idi. Digər fənlərə nisbətən riyaziyyat çətin idi. İmtahan zalında tam sakitçiliyə riayət olunurdu".

 

Açıklama yok.

 

Ayxan Məmmədli isə cavabını bilmədiyi sualları da "bəxtə-bəxt" yazdığını etiraf etdi:

 

"İmtahan mənə görə bir az çətin oldu. Yaza bildiyimi yazdım, bilmədiyimi də "atdım". Ən çətin ingilis dili idi, dinləmədə bir az problem yaşadım".

 

Açıklama yok.

 

Nuray Verdizadəyə görə isə imtahan hətta "iki vur iki" idi:

 

"Məncə asan idi, xüsusən də Azərbaycan dili və riyaziyyat hətta "iki vur iki" deyərdim. Əvvəlcə Azərbaycan dili və riyaziyyatı yazdım, sonra ingilis dilinə keçdim. İngilis dili nisbətən orta səviyyədə idi. Dinləmədə aksentə görə heç nə anlamaq olmurdu. Oxumada isə çox əlaqəsiz suallar düşmüşdü".

 

Açıklama yok.

 

Məhəmməd Verdizadə imtahanın orta səviyyədə olduğunu bildirdi:

 

"İmtahanın çətinlik səviyyəsi orta idi. Azərbaycan dilindən mətnlər bir az çətin idi. Ümumi olaraq, imtahan prosesi problemsiz keçdi".

 

Açıklama yok.

 

Gülxanım Yarılı də Azərbaycan dili mətnindən şikayətləndi:

 

"Mənə görə imtahan yaxşı keçdi. Nisbətən Azərbaycan dili bir az çətin gəldi. Həcmi çox böyük olmasa da, qəliz mətnlər idi. Yenə də bütün sualları yazdım. Ən asan ingilis dili olduğu üçün ilk növbədə ondan başladım, sonra isə Azərbaycan dili və riyaziyyat sıralaması isə sualları cavablandırdım".

 

Açıklama yok.

 

Müslüm Həsənzadə adlı şagird digər həmyaşıdlarından fərqli olaraq mətnlərin asan düşdüyünü söylədi:

 

"Düşünürəm ki, 90%-ni yaxşı yazmışam. Riyaziyyat fənni mənə daha çətin gəldi. İngilis dilindən dinləmə, Azərbaycan dilindən mətnlər rahat idi".

 

Açıklama yok.

 

Sevgi Əliyeva adlı yeniyetmə imtahanda çox həyəcanlı olmasına baxmayaraq, özünü toparlayıb bütün sualları cavablandırdığını dedi:

 

"Bir az həyəcanlı idim, amma elə də çətin deyildi. Fənlər arasında ən çox riyaziyyatda çətinlik yaşadım. Bütün suallar keçdiyimiz mövzulardan düşmüşdü. İmtahan prosesində də hər şey qaydasında idi. Nəzarətçilər maksimum dərəcədə diqqət edirdilər, mütəmadi olaraq qalan vaxt elan olunurdu, imtahan zalı təmamilə sakitçilik idi".

 

Ümumilikdə şagirdlərlə söhbətimizdən belə nəticəyə gəldik ki, imtahan sualları arasında ingilis dili asan, Azərbaycan dili orta, riyaziyyat isə çətin olub. Bütün suallar orta məktəbdə keçilən mövzulardan salınıb.

 

İmtahan bitəndən sonra İlqar Orucovla yenidən həmsöhbət olduq. O, imtahan prosesinin normal keçdiyini, heç kimin prosesdən kənarlaşdırılmadığını bildirdi.

 

Beləcə, 5 saylı məktəbəki müşahidələrimizi yekunlaşdırdıq.

 

Foto: Murad Əliyev