Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-12 11:49:00
5 və 12 mart imtahanında iştirak edə bilməyən abituriyentlərin nəzərinə - DİM-dən növbəti şans
 
 
"Dövlət İmtahan Mərkəzi dəfələrlə xəbərdarlıq edir ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqini mütləq gətirin, amma təəssüf ki, bəzi abituriyentlər səhlənkarlığa yol verirlər. İmtahana gələrkən sənədlərdən hansısa yaddan çıxır. Bu isə imtahana buraxılmamaqla nəticələnir. "
 
AzEdu.az xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi danışıb:
 
 
"Belə halla rastlaşan, eləcə də istər 5 mart, istərsə də bu gün keçirilən buraxılış imtahanında üzrlü və üzrsüz səbəbdən iştirak edə bilməyən abituriyentlərin və onların valideynləri, narahat olmayın. Bu kimi məqamları Dövlət İmtahan Mərkəzi nəzərə alır. Belə ki, siz 2 aprel tarixində keçiriləcək imtahanda iştirak edə bilərsiniz. O vaxta kimi şəxsiyyət vəsiqənizi yeniləyin (vaxtı keçib və ya itibsə), bununla yanaşı DİM Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadənin adına ərizə ilə müraciət edin ki, 2 apreldə keçiriləcək buraxılış imtahanında iştirakınıza icazə versin".
 
Ekspert bugünkü imtahanda da bəzi abituriyentlərin texniki vasitə keçirilməyə cəhd etdiyini bildirib:
 
"Digər xəbərdarlıq isə imtahana telefon və digər vasitələrin gətirilməməsilə bağlıdır. Təəssüf ki, bu gün keçirilən imtahanda da yenə də bir neçə abituriyent buna cəhd edib. Əziz abituriyentlər, belə hallara yol verməyin".