Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-06 13:06:00
DİM sualların çətinliyi və vaxt azlığı şikayətlərinə CAVAB VERDİ

Builki buraxılış imtahanlarında iştirak etmiş bir çox abituriyent və onların valideynləri mətnlərin və hazırlanan sualların cavablandırılmasına vaxt yetmədiyini iddia edirlər.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) vaxt azlığından şikayət edənlərə cavab verib.

 

“İmtahanlar eyni struktur, standart və tələblər əsasında hazırlanır. Sadəcə, şagirdlərin bu imtahanların çətinlik səviyyəsi haqqındakı təəssüratları onların hazırlıq səviyyələrindən asılı olaraq fərqlənir. Belə ki, hazırlıqlı şagirdlər üçün suallar asan, zəif şagirdlər üçün çətin görünə bilər. Lakin imtahanların nəticələri elmi-statistik cəhətdən təhlil olunmadan onun mürəkkəblik səviyyəsi haqqında qəti fikir söyləmək düzgün deyil.

 

Bu yaxınlarda son 4 ilin göstəriciləri ictimaiyyətə təqdim olundu. Hamısı bir-birinə yaxın idi. İlkin təhlillərə əsasən, builki imtahan nəticələrinin də ötənilki ilə müqayisədə təxminən bərabər olduğunu söyləyə bilərik. Fərq statistik xəta çərçivəsində ola bilər. Geniş təhlillər bütün istiqamətlər üzrə nəticələr elan olunduqdan sonra ictimaiyyətə təqdim olunacaq”.

 

Əlavə olaraq qeyd olunub ki, ötən il keçirilən imtahanların müfəssəl təhlili də yaxın vaxtlarda “Abituriyent” jurnalının 12-ci sayında dərc olunacaq.