Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-29 13:02:00
I qrupda İnformatika üzrə maksimal bal nə qədər olacaq? - Abituriyentlərin diqqətinə

 

 

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan  qərar layihəsinə uyğun olaraq, 2023-cü ildə keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər.

 

Bu qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər.

 

Beləliklə, abituriyentlərali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

 

İmtahan fənləri və hər bir fənn üzrə toplanılması mümkün olan maksimal ballar:

 

 

I qrup

RK altqrupu

Rİ altqrupu

I mərhələ (cari ilin məzunları üçün – buraxılış imtahanı)

Azərbaycan (rus) dili –100 bal

Riyaziyyat –100 bal

Xarici dil –100 bal

II mərhələ

Riyaziyya –150 bal

Fizika –150 bal

Kimya –100 bal

İnformatika –100 bal

Ümumi

700 bal

700 bal

     

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları