Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-28 15:57:27
Bu şagirdlər üçün yaz düşərgəsi təşkil olunub

23-27 mart 2023-cü il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonunda yerləşən Tədris, idman və istirahət kompleksində riyaziyyat və informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin yaz düşərgəsi təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, düşərgəyə JBMO (Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası) və IOI (Beynəlxalq İnformatika Olimpiadası) hazırlıqlarına cəlb edilən 22 şagird qatılıb.

 

5 gün ərzində şagirdlər üçün olimpiada imtahanları təşkil edilib, sualların müzakirəsi həyata keçirilib, fərdi inkişaf dinamikası izlənilib və onlara daha səmərəli çalışmaq üçün tövsiyələr verilib.

 

Ümumilikdə, 45 beynəlxalq olimpiada sualının izahı və şagirdlərin iştirakı ilə müzakirənin həyata keçirildiyi 50 saatdan çox mühazirələr təşkil olunub.

 

Beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərimizə uğurlar arzulayırıq.