Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-04 13:31:00
Tehranda şagirdlərin zəhərlənməsinə görə aksiya keçirilib

Tehran əhalisi son günlər şəhərdəki orta məktəblərdə şagirdlərin zəhərlənməsinə etiraz olaraq Təhsil İdarəsinin binası önündə aksiya keçirib.

 

AzEdu.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

 

Etirazçılar “Səriştəsiz məmurlar istəmirik, istəmirik”, “Haray, haray, oturanlar, növbəti Məhsa Əmini sizdən biri olacaq!” kimi şüarlar səsləndiriblər.