Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-25 12:33:00
Xarici ölkələrdə klinik ordinatura təhsili alanlar üçün imtahan keçirilib

Xarici ölkələrdə klinik ordinatura təhsili alanların imtahanlarının ilk mərhələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, 2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq 29.04.2022-ci il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və müvafiq maarifləndirmə işlərinin aparılması barədə” əmr imzalanıb.

 

Həmin əmrə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 13.06.2022-ci il tarixli qərarı ilə “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi Qaydası” təsdiq olunub.

 

Qeyd olunan Əmrə və Qərara əsasən 07.12.2022-ci il tarixinədək Səhiyyə Nazirliyinin rəsmi internet saytının “Elektron Səhiyyə xidmətləri” bölməsində “Namizədin elektron ərizəsi”ni dolduraraq təsdiq etmiş şəxslərin imtahanları mərhələli qaydada həyata keçirilməsinə başlanılıb.

 

İmtahanların ilk mərhələsi 23-24.01.2023-cü il tarixlərində baş tutub. İmtahan nəticələri barədə məlumat namizədlərə elektron kabinet vasitəsilə imtahanın keçirildiyi gün verilib.

 

Report