Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-08 14:53:00
Bu ixtisaslar üzrə məzun olan tələbələr imtahan verməyəcək

 

 

Hazırda xaricdə təhsil alan bir çox tələbəni narahat edən əsas problem ölkəmizə qayıtdıqdan sonra keçirilən müvafiq imtahanlarda iştirak məsələsidir. Hansı ixtisaslardan məzun olmuş şəxslər ölkəmizdə keçirilən imtahanlarda iştirak etmək məcburiyyətində deyil?

 

 

AzEdu.az xəbər verir ki, bu məsələyə təhsil eksperti Kamran Əsədov aydınlıq gətirib. Onun sözlərinə görə, xarici ölkələrdə alınan müəllimlik, mühəndislik və hüquq ixtisasları istisna olmaqla, digər ixtisaslar üzrə məzun olub diplom almış şəxslər Azərbaycan ərazisində heç bir imtahan verməyəcəklər.

Ekspert qeyd edir ki, gənclərin yalnız təhsil aldıqları ölkənin ərazisində qalma müddətləri, diplomun həqiqiliyi və ali təhsil müəssisəsinin rəsmi lisenziyasının olub-olmaması yoxlanılacaq. Yəni, daha tədris dili imtahanı keçirilməyəcək:



“Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə məzun olanlardan isə Dövlət İmtahan Mərkəzinin təşkil edəcəyi müvafiq sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunacaq”.