Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 16:32:00
BMU-da hansı elmi-­tədqiqat işləri aparılır...  

Bakı Mühəndislik Universitetinin (BMU) elmi-tədqiqat fəaliyyətinin daha da gücləndirilməsi diqqət mərkəzindədir və universitet son illər bu istiqamətdəki nailiyyətlərinə görə öncül mövqeyini qoruyub saxlamaqdadır.

 

AzEdu.az xəbər verir ki, BMU əməkdaşlarının impakt faktorlu nəşrlərinin (“Thomson Reuters”, “Web of Science”) ümumi sayına əsasən, hazırda Azərbaycan universitetləri arasında ilk onluqda, ictimai elmlər üzrə isə ikinci yerdədir.

 

Nüfuzlu “Thomson Reuters” (“Web of Science”) platfomasında 2017-2022-ci illərdə 169 nəşr (ümumiyyətlə sistemdə BMU adından 219 məqalə daxil edilib və həmin məqalələrin bir qismi çap olunmaq ərəfəsindədir) və onlara mindən çox istinad qeydə alınıb. Universitetin H-indeksi 16 və məqalə başına istinad 5.01 olub və bu, Azərbaycan universitetləri arasında ən yaxşı üçüncü göstəricidir.

 

BMU-nun tədris prosesi ilə elmi fəaliyyətin vəhdətini təmin edən elmi-tədqiqat fəaliyyəti əsasında fakültələr, kafedralar, laboratoriyalar və digər elmi strukturların bazasında müxtəlif sahələr və istiqamətlər üzrə fundamental, nəzəri­-metodoloji, pedaqoji­-metodiki və tətbiqi tədqiqatlar aparılır.

 

Universitet aparılan elmi-tədqiqat işlərinin nəticələrinin istehsalata və tədris prosesinə tətbiq olunmasını monoqrafiya, elmi məqalə, metodik vəsaitlər şəklində dərc olunmaqla və elmi konfrans və seminarlarda məruzə edilməklə yayılmasını təşkil edir. Ötən ildə BMU-nun mövcud 21 kafedrasında 42 problem və 84 mövzu uzrə 252 elmi-­tədqiqat işləri yerinə yetirilib və 25 mövzu uzrə 34 iş tamamlanıb. İl ərzində BMU əməkdaşlarının 66-sı xaricdə və 142 tezis Azərbaycanda olmaqla 208 elmi konfrans nəşri olub. Son 5 ildə universitetdə 23 beynəlxalq konfrans keçirilib və onların nəşrləri universitetin saytına yerləşdirilib.

 

Qeyd edilənlərlə yanaşı, vurğulamaq vacibdir ki, BMU əməkdaşlarının 2017-2022-ci illərdə elmi-tədqiqat işlərinin nəticələri 18 monoqrafiya, 13 dərslik, 42 dərs vəsaiti, 268 adda xarici və 448 adda ölkə daxilində elmi məqalə və 91-i xaricdə olmaqla, 183 elmi konfrans nəşri, 2 müəlliflik şəhadətnaməsi və 3 patentdə öz əksini tapıb.