Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 16:04:59
Məktəb psixoloqlarının maaşı niyə artmadı? - Nazir CAVAB VERDİ

Elm və təhsil naziri Emin Əmrullayev məktəb psixoloqlarının maaşından danışıb.


AzEdu.az
 xəbər verir ki, Emin Əmrullayev bu barədə brifinqdə sualları cavablandırarkən bildirib.

"Məktəb psixoloqlarının əməkhaqları Vahid Tarif Cədvəli ilə tənzimlənir. Bu o demək deyil ki, maaş artırılmayıb, sadəcə orada əməkhaqqı islahatı aparılmayıb. Köhnə sistem dəyişdirilməlidir. Elm və Təhsil Nazirliyi tərəfindən Uşaqların Müdafiəsi İdarəsi yaradılıb. Bu idarə məktəblərdə sosial iş və psixoloqlarla fəaliyyətə xidmət edəcək. Əsas psixoloqların maaşının artırılması yox, hansı xidmətə görə artırılmasıdır.”