Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 13:25:00
Xankəndidəki erməni məktəbləri Qarabağ Regional Təhsil İdarəsinə verilə bilər  

Azərbaycan Prezidentnin bir müddət əvvəl imzaladığı sərəncamla Təhsil Nazirliyinin strukturu təkmilləşdirilib.


Sərəncamla Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon Təhsil şöbələrinin əsasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi və Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon Təhsil şöbələrinin əsasında Qarabağ Regional Təhsil İdarəsi yaradılıb.

Elm və Təhsil Nazirliyindəki adının çəkilməsini istəməyən mənbə AzEdu.az-a Qarabağın dağlıq hissəsindəki ermənidilli məktəblərin Qarabağ Regional Təhsil İdarəsinin tərkibinə verilməsinə hazırlıq görüldüyü barədə məlumat verib.

Mənbənin dediyinə görə, təkcə məktəblər deyil, oradakı digər təhsil müəssisələrinin də Azərbaycan təhsil sisteminə qoşulması istiqamətində addımlar atılacaq. Bu barədə vaxtı çatanda ictimaiyyətə məlumat veriləcək.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində nəzəərdə tutulan bu tədbirlərin böyük ehtimalla Qarabağdakı erməni azlığın nümayəndələri ilə aparılan son danışıqlar prosesinin nəticəsi kimi qiymətləndirmək olar.

Görünən odur ki, ermənilərin yaşadığı ərazilərin Azərbaycan iqtisadiyyatına inteqrasiyası prosesi başlayır. Yaxın günlərdə bu ərazidə mövcud olan digər qurumların da Azərbaycandakı müvafiq strukturlara qoşulması prosesi başlanacağını proqnozlaşdırmaq olar.