Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 12:32:00
Təhsil İnstitutunda “Dizayn və düşüncə” təlimi keçirildi

25 fevral Təhsil İnstitutunun Təhsil texnologiyaları mərkəzində BDU-nun Kompüter elmləri və texnologiyaları, ADPU-nun Təlim və tədrisin təşkili və metodikası, AzTU-nun isə Logistika və nəqliyyat ixtisaslaşmalarının bir qrup Sabah Magistratura tələbələri üçün təşkil edilən “İnnovativ və stratejik liderlik” təliminin “Dizayn və düşüncə” adlı modulu baş tutub. 

 

AzEdu.az xəbər verir ki, təlimdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tələbələrə dizayn düşüncənin əsas anlayış və prinsipləri, 5 fəaliyyət planı, dizayn düşüncə tərzi, alətlər və şablonlar haqqında təqdimatla çıxış edib. O, həmçinin ənənəvi və dizayn düşüncəsi haqqında da məlumat verib.

 

Daha sonra “Medicnext” startapının CEO-su Tuğra Musayeva öz startapı haqqında ətraflı danışıb və tələbələrin startaplarla bağlı suallarını cavablayıb.

 

Təlimdə iştirak edən tələbələrə gələcək iş fəaliyyətlərində uğurlar arzulayırıq!