Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-21 14:25:00
Şagirdlərin yenilənən davranış qaydalarındakı xüsusi MƏQAMLAR

"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot tətbiqinə başlanılıb. Qaydalar ölkə üzrə 300-dən çox seçilmiş ümumtəhsil müəssisələrində tətbiq olunur. 322 min nəfərdən çox şagirdi əhatə edən qaydalar 6 bölmədən ibarətdir. 

 

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyində Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov şagirdlərin davranış qaydalarındakı yeniliklərlə bağlı danışıb. 

 

O, sözügedən qaydaların 6 bölmədən ibarət olduğunu vurğulayıb:

 

“Davranış səviyyələri və qayda pozuntularının ağırlıq dərəcəsini müəyyənləşdirən bölmələr tövsiyə edilən korreksiya tədbirləri, rəğbətləndirmə tədbirləri və əsas terminlərin izahı bu sənəddə öz əksini tapıb. Şagird davranış qaydaları 6 bölmədən ibarətdir:

 
- Davamiyyət və punktuallıq;
- Geyim və xarici görünüş;
- Təhlükəsizlik məsələləri;
- Öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi;
- Ümumtəhsil müəssisəsinin əmlakı və şəxsi əşyalarına qayğı;
- Etik davranışlar”. 

 

Orxan Abbasov şagirdin məktəbə mobil cihaz gətirməsi məsələsinə də aydınlıq gətirib:

 

“Qaydalara əsasən, məktəbə mobil telefon gətirmək qadağandır. Lakin istisna hallar var. Müəllim tədrisin tərkib hissəsi olaraq elektron cihaz istəyərsə, öncədən bildirilməli və saxlanmasına şərait yaradılmalıdır. Əgər valideyin övladının təhlükəsizliyi məqsədilə məktəbə elektron cihaz aparılmasını istəyirsə, məktəb saxlanmanı təmin etməlidir. Dərs müddətində elektron cihaz şagirddən götürülməlidir”.