Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-20 12:53:00
Magistr imtahanının 2-ci cəhdində suallar asanlaşdırıla bilər - AÇIQLAMA

Məlum olduğu kimi, 19 fevral 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib.

 

Magistraturaya sənəd verən bakalavrların bir çoxu qəbul imtahanında xarici dilin çox çətin olduğunu və tapşırıqları cavablandırmaqda xeyli çətinlik çəkdiklərini dilə gətiriblər.

 

Bəs magistratura imtahanının 2-ci cəhdində hansısa dəyişiklik gözlənilirmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti, təlimçi Elnur Hacıyev sözügedən mövzu ilə bağlı fikirlərini bildirib:

 

 

“İmtahanlardan öncə mövcud vəziyyəti müşahidə etmək üçün sınaq imtahanları keçirilir. Sınaq imtahanlarında sualların təşkili, sınaqda iştirak edən bakalavrların nəticələri, bilik səviyyələri, hansı sualları cavablandırmaqda çətinlik çəkdikləri və s. barədə dəqiq analiz aparılmalıdır. Qəbul imtahanındaki suallar bunları nəzərə alaraq tərtib olunmalıdır.

 

 

Magistraturaya imtahan verən şəxslərin çoxunluğu nədənsə narazıdırsa, deməli həqiqətən burada müəyyən problemlər var. Bu problemlər də əvvəlki sınaqların cavablarının düzgün təhlil olunmamasından qaynaqlanır.  Birinci cəhd imtahanında nəticələrə uyğun düzgün analiz aparılarsa, bu zaman Dövlət İmtahan Mərkəzi (DİM) ikinci cəhd imtahanında sualları nisbətən asanlaşdırmalıdır. Təbii ki, sualların çətinlik səviyyəsindən yaranan narazılıqlar kütləvidirsə, bu baş tuta bilər”-deyə, o fikrini tamamlayıb.