Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 09:48:00
Hansı şagirdlər fərqlənmə attestatları ala bilər...

Şagirdlər ümumi orta və tam orta  təhsil pilləsində bir sıra şərtlər əsasında fərqlənmə attestatı ala bilər.

 

 

AzEdu.az ümumi orta və tam orta təhsil haqqında fərqlənmə attestatlarının hansı şərtlər əsasında verildiyinə aydınlıq gətirir. Fərqlənmə attestatı aşağıdakı şərtləri ödəyən məzunlara verilir:

 

-Ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən;

 

- Bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri "5" olan;

 

- Ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 bal toplayan;

 

- Tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə "5" qiymət alan və ən azı 75 bal toplayan. 

 

Qeyd edək ki, məzunlara ümumi orta və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.