Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 11:13:00
Nazir: Təhsildə ani dəyişiklik etmək olmur, müqavimət var

Təhsil elə bil sektordur ki, orada ani dəyişiklik etmək olmur, müqavimət var. Bu, dünyanın bir çox ölkələrində belədir.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan-İsrail İnnovasiya Forumunda çıxışı zamanı təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, STEM bu məqsədə qısa yolla çatmaqda köməklik edir.

 

"Bizim 30 STEM mərkəzimiz, minlərlə müəllimimiz var. 3-4 ildən sonra dron texnologiyaları, robotexnika kurrikulumdan kənar tədris olmayacaq, Azərbaycan təhsilinin əsasına çevriləcək", - deyə nazir qeyd edib.