Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-11 12:54:00
Məktəbli 119 saat sonra dağıntılar altından çıxarılıb  

Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan lisey şagirdi Kamil Can, qrupların gərgin səyi nəticəsində 119 saat sonra sağ-salamat xilas edilib.

 

AzEdu.az xəbər verir ki, Kamil Can ilk sualı ilə xilasediciləri kövrəldib. Belə ki, o, bu günün həftənin hansı günü olduğunu soruşub. Onu gözyaşı içərisində qucaqlayan dayısı Haluk Besin isə - “Bu gün Kamil günüdür”, - deyib.

 

Məktəbli təcili yardım maşını ilə xəstəxanaya aparılıb.