Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-10 14:58:00
Tələbələri işləməyə məcbur edən nüanslar - TƏNQİD

Bu gün universitetdə təhsil alan tələbələrin işləməsinə çox tez-tez rast gəlmək mümkündür. İndi keçirilən sorğular göstərir ki, 10 tələbədən 8-i oxuya-oxuya işləməyin tərəfdarıdır. Bu o demək deyil ki, onların hər biri işləyir. Burada faiz göstəricisi çox aşağıdır. Apardığımız müşahidələr onu deməyə əsas verir ki, hər 10 tələbədən 3-ü təhsil ala-ala işləyir. Bu tələbələrin əksəriyyəti maddi vəziyyəti qənaətbəxş olmadığından bu üsula əl atır. Amma valideynlərin məsələyə münasibəti bir qədər fərqlidir. Belə ki, 10 valideyndən cəmi 3-ü tələbə olan övladının təhsil almaqla yanaşı, həm də işləməsinə müsbət yanaşır.

 

Məsələ ilə bağlı AzEdu.az-a Bakı Dövlət Universitetinin dosenti Əlimusa İbrahimov açıqlamasında bildirib ki, əgər tələbə dərslə işi paralel apara bilirsə, onun işləməsində heç bir qəbahət yoxdur.

 

“Oxuya-oxuya işləyən tələbə heç vaxt bunu öz istəyi səbəbindən etmir. Rast gəldiyim belə halların hamısında tələbədən məcburiyyət qarşısında qalaraq işlədiyini eşitmişəm. Amma istənilən halda arzu edərdim ki, heç bir tələbəmiz belə bir məcburiyyət qarşısında qalmasın. Oxumaq üçün ayrılan müddət, dövr oxumağa sərf olunmalıdır. Tələbə üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirdiyi halda belə onun işləməsi arzuolunan deyil.

 

Tələbə universtetdəki dərslərini vaxtından qabaq və yüksək səviyyədə yerinə yetirdikdən sonra əlavə zamanı qalırsa, onu da elmə, təhsilə dünyagörüşünü artırmasına sərf etməlidir. Təhsilə ayrılan bu 4-6 illik universitet həyatı bütün ömrü boyu insanın yaşayışını təmin edir. Bu müddətdə qazanılanlar nə qədər çox olarsa, sonrakı həyat da daha asan olacaq.